Bakıda yol hərəkəti təhlükəsizliyinin təmini üzrə görülən işlər müzakirə edilib

Bakıda yol hərəkəti təhlükəsizliyinin təmini üzrə görülən işlər müzakirə edilib
16:53 23 Yanvar 2015
271 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi 2014-cü ildə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyətə həsr olunmuş konfrans keçirib.

Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, Yol Polisi İdarəsinin əməkdaşları, ekspertlər və digər qonaqlar iştirak ediblər.

Konfransda çıxış edən millət vəkili Rafael Cəbrayılov bildirib ki, polis-vətəndaş münasibətləri cəmiyyətdə münasibətlərin tənzimlənməsinə də təsir edir.

Onun sözlərinə görə, dövləti təmsil edən polis müxtəlif ailələrdən, təbəqələrdən çıxmış insanlarla üz-üzə gəldiyi üçün münasibətlərin tənzimlənməsində birbaşa rol oynayır.

R.Cəbrayılov mətbuatın polislə bağlı işıqlandırdığı məlumatların düzgün olmadığını da diqqətə çatdırıb: “Xüsusilə də “elektroşok”ların ölkəyə gətirilməsi ilə bağlı verilən sensasion məlumatlar qanunvericiliyə ziddir. Çünki bu məsələ qanunla birbaşa tənzimlənir. Düşünürəm ki, bu məsələlərin mətbuatda araşdırılmasına və düzgün, peşəkar səviyyədə işıqlandırılmasına ehtiyac var. Bütün sferalarımızda çatışmazlıqlar var və bunların aradan qaldırılmasına ehtiyac var. Bunun üçün də polisin üzərinə böyük iş düşür”.

Tədbirdə çıxış edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə yol hərəkəti təhlükəsizliyinin çətin olduğunu bildirib: “Azərbaycanda avtomobilləşmə səviyyəsi 13 faizdən aşağıdır. İnkişaf etmiş ölkələrlə müqayisədə 5 faiz təşkil etmir. Dövlət yol polisi, cəmiyyət və dövlət bir-birilərinə olan münasibəti dəyişməlidirlər. O cümlədən, yol hərəkəti qaydaları ilə bağlı təfəkkürümüz də dəyişməlidir. Hazırda yol hərəkəti qaydaları ilə bağlı strategiya hazırlanır. Bununla bağlı işlər başa çatdıqdan sonra işlər müəyyən qədər qaydasına düşəcək”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356499.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR