"Əgər nəslimdə erməni qanı daşıyan varsa..." - Natavan

"Əgər nəslimdə erməni qanı daşıyan varsa..." -  Natavan
16:56 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımova və prodüser Tarix Əliyevə (Tolik) məhkəmədə qalib gəlməsi haqda danışıb.

Sənətçi Axşam.az-ın əməkdaşına bundan sonra hansı addımları atacağını açıqlayıb:

“Mənə çox qara yaxdılar. Məhkəmə ikinci dəfə bu işə baxdı. Qarşı tərəf yenə uduzdu. Onların qələbəsi üçün Natavanın “erməni” olması lazım idi. Hələ də şikayətə davam edəcəklər. Başa düşmürlər ki, sübut edə bilməyəcəkləri işin arxasınca bu qədər getmək lazım deyil.  Qanunazidd hərəkətlər etməyə cəhd göstərirlər. Bəzi vəzifəli şəxslər var ki, bu işdə onlara kömək etmək istəyirlər. Hərə öz işi ilə məşğul olsa, daha yaxşıdır. Siz qanun qarşısında düz olmalısınız. Prezidentimiz İlham Əliyev şəxsən korrupsiyaya qarşı mübarizə aparır və hamını da bu mübarizəyə çağırır. Əgər mən yenə hiss eləsəm ki, eyni hadisələr təkrarlanır, o zaman ad çəkməyə məcbur olacağam. Hansı vəzifəli şəxs bu işdə onlara yardım edirsə, qanundan kənara çıxırsa, adlarını açıqlayacağam.

Məni erməni mənşəli olmaqda ittiham edirlər. Məhkəməyə Ulu babama qədər bütün nəslimin sənədləri təqdim edilib. Əgər orada bir nəfər erməni qanı daşıyan insan varsa, həmin adama lənət olsun. Əgər mən bir qram da olsun yalan danışıramsa, bütün nəslimə lənət olsun. Bu andan sonra onların edəcəyi hərəkətlər mənə maraqlı deyil. Məhkəmənin qərarına əsasən, onlar məndən üzr istəməlidirlər. Zoriki də məhkəmə vermişdim. (Klipmeyker Zöhrab Ağayevi nəzərdə tutur - red.) Amma o, ağıllı adamdır, apellyasiyaya müraciət etmədi. Yəqin ailəsi ona məsləhət verib bu işdən çəkindirib".

Natavan 150 manata şou proqramlarda iştirak etməsinə dair Tolikin sözlərinə də cavab verib:

“Bu, yalandır. Mən yalnız bir məkanda çıxış edirəm. Həmin yerdən isə böyük məbləğdə qonorar alıram. Heç toylara da nadir hallarda gedirəm. Çünki dəvət edən insanların bütün nəslini araşdırıram.  Qorxuram ki, üzdəniraqların toyu olsun. Bizdə bu var axı. Üzdəniraqların biri qadın, digəri kişi paltarı geyinib evlənir. Belə insanların toyunda olmamaq üçün araşdırma aparıram. Mən də elə məclislərə düşüb biabır olum? Özlərinə hörmət qoyan ailələrin toylarına məmnuniyyətlə gedirəm.
Mən hörməti də, hörmətsizliyi də bacarıram. Kimsə pislik edirsə, ona yaxşılıqla cavab vermərəm. Yaşlı biri özündən kiçiyi təhqir edir. O da deyir ki, “yaşına hörmət edib cavab vermirəm”.  Xeyr, sən qorxursan. Öz mənliyini onun ayağının altına atıb çəkilirsən kənara. Mənə qarşı bu cür addım atılanda çıxıb cavab verirəm.  Əgər həmin insan özünə hörmət qazana bilməyibsə, bu, onun günahıdır”.

Xatırladaq ki, Natavan Aygün Kazımova, Tolik və Zöhrab Ağayevi şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə məhkəməyə vermişdi. Məhkəmənin qərarına əsasən, qarşı tərəf N.Həbibinin erməni milliyyətinə mənsubluğu barədə yaydığı yalan məlumatı təkzib etməli, ondan üzr istəməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR