Müsavat Partiyasında alternativsiz seçkilər keçiriləcək

Müsavat Partiyasında alternativsiz seçkilər keçiriləcək
14:27 26 Dekabr 2014
80 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:25 ]

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasında Məclis sədrliyi vəzifəsinə, eləcə də Məclisin, Divanın və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) boş qalan yerlərinə namizədliyin irəli sürülməsi müddəti başa çatıb.

Bu barədə APA-ya Müsavatın Divan üzvü, partiyanın Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı məlumat verib. O bildirib ki, sərbəst Məclis üzvlüyünə 32 nəfərin, Məclis sədrliyinə 1 nəfərin, Divana 5 nəfərin, MNTK-ya 4 nəfərin, Məclis katibliyinə isə 1 nəfərin namizədliyi qeydə alınıb. Seçkilər dekabrın 27-də keçiriləcək.

 

Qeyd edək ki, Müsavat Məclisinin sədrliyinə namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin dosenti Sabir Məmmədli "seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması"nı səbəb göstərərək namizədliyini geri götürüb. Bunun nəticəsində sədrliyə digər namizəd - Nüşabə Sadıqlı alternativsiz qalıb. Hazırkı rəhbərliyin opponentləri olan başqanlığa sabiq namizədlər Qubad İbadoğlu və Tural Abbaslının tərəfdarları isə heç bir struktura öz namizədliklərini verməyiblər. T. Abbaslı başqan Arif Hacılını qrup maraqlarını güdməkdə ittiham edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367364

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR