Baş Prokurorluqdan qayınata-gəlinin qətli ilə bağlı AÇIQLAMA

Baş Prokurorluqdan qayınata-gəlinin qətli ilə bağlı AÇIQLAMA
16:59 23 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində baş verən qətl hadisəsi ilə bağlı Baş Prokuroluq məlumat yayıb. Prokuroluqdan Lent.az-a verilən məlumata görə, yanvarın 22-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 10, mənzil 15-də iki şəxsin meyitinin aşkar edilməsi barədə Şirvan şəhər prokurorluğuna  məlumat daxil olub. Bu məlumat əsasında dərhal şəhər prokurorluğu və Polis Şöbəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və  meyitlərə baxış keçirilib, maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini 1965-ci il təvəllüdlü Kişiyev Araz Babayar oğlu Şirvan şəhərində kirayədə yaşayan gəlini - 1976-cı il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər zəminində aralarında baş verən münaqişə zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən sonra özünün də boğaz nahiyyəsini kəsərək intihar edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb

Hazırda baş vermiş cinayətin bütün xüsusatlarının tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR