Bir əməli onun cinayət boğçasını açdı

Bir əməli onun cinayət boğçasını açdı
17:05 23 Yanvar 2015
128 Digər
Ölkə mətbuatı
A- A+

İnsanları talan edən dəstə ələ keçib. Daxili İşlər Nazirliyindən Mili.Az-a verilən məlumata görə, yanvarın 17-də narkotik vasitə ilə tutulmuş Taleh Hüseynovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Sumqayı ŞPİ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin üstü açılıb.

Məlum olub ki, yanvarın 16-da Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş İlkin İsdamovFərhad Əliyevlə birgə Rafiq Abdullayevin 18000 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alması, habelə 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurlayıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.İsdamov tutulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320618.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR