Şirvan şəhərində baş vermiş qətllə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir

17:08 23 Yanvar 2015
210 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 22-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 10, mənzil 15-də iki şəxsin meyitinin aşkar edilməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, daxil olmuş məlumat əsasında dərhal şəhər prokurorluğu və polis şöbəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirib, maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, yanvarın 22-də şəhər sakini 1965-ci il təvəllüdlü Kişiyev Araz Babayar oğlu Şirvan şəhərində kirayədə yaşayan gəlini - 1976-cı il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə nəticəsində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən sonra özünün də boğaz nahiyəsini kəsərək intihar edib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda baş vermiş cinayətin bütün xüsusatlarının tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR