Azərbaycanın Dövlət Komitəsi: Nurçuluğun Azərbaycanda 2 qanadı fəaliyyət göstərir

14:27 26 Dekabr 2014
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:20 ]

Bakı. Mübariz Aslanov – APA. "Azərbaycanda nurçuluğun 2 qanadı var".

APA-nın məlumatına görə, bunu Dini Qurumlarıla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün “Azərbaycan Dəmir Yolları” QSC-də keçirilən “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda keçirilmiş konfransdakı çıxışında deyib.

 

Komitə sədri bildirib ki, bunlardan biri “dərsxana nurçuluğu”, digəri isə onlardan ayrılmış “müasir nuçuluq”dur: "Azərbaycanda əsasən bölgələrdə daha çox fəaliyyət göstərən “dərsxana nurçuluğu”dur. Onlara görə, dini izah eləməmişdən, hətta Qurandan öncə risalələri oxumaq lazımdır. Onların fikrincə, yalnız bu risalələri oxumaqla Quranı başa düşmək olar. Bunların “müasir nurçuluq” qanadından fərqi odur ki, siyasətə qarışmırlar. Ancaq təhsilə, dinlə bağlı təbliğata önəm verirlər. “Müasir nurçuluq” qanadında isə siyasi proseslərə müdaxilə var. Məsələn, seçkilərdə kollektiv şəkildə iştirak edirlər. Rəhbərlərinin mövqeyini nəzərə alaraq siyasi proseslərə qatılırlar”.

 

G. İsmayılov nurçuluğun Azərbaycanda hansı məqamlarda təhlükəli olub-olmaması, cəmiyyət üçün qəbul olunmayan tərəflərindən da danışıb: “Bilirsiniz, Azərbaycanı birləşdirən dəyərlər var. Məsələn, 20 Yanvar faciəsini, Novruz bayramını, 28 May gününü, Qurtuluş gününü, 26 İyun gününü, 31 Dekabr gününü, Şah İsmayıl Xətaini, Dədə Qorqudu və s. qəbul etməyənə necə azərbaycanlı demək olar? Bunları qəbul etməyənin bir amerikandan, ingilisdən, ərəbdən fərqi varmı? Əlbəttə yoxdur. Saydıqlarım bu ortaq milli-mənəvi dəyərləri qəbul etməyən insanlar Azərbaycan dövlətinə, Vətənə, xalqına münasibət baxımından azərbaycanlı sayılmayandan sonra onların dindar olmasının elə bir əhəmiyyəti qalmır”.

 

Komitə sədrinin müavini deyib ki, dinin ölkədə yayılmasında problem yoxdur: “Amma elə yayılmalıdır ki, qanunlar pozulmasın, həqiqi dini dəyərlər yayılsın və yayılan zaman milli-mənəvi dəyərlərə əks əməllər olmasın”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR