Canlı efirdə pul cıran müğənni CƏZALANDIRILDI - FOTO

Canlı efirdə pul cıran müğənni CƏZALANDIRILDI - FOTO
17:12 23 Yanvar 2015
252 Sosial
Ölkə mətbuatı
A- A+

Xəzər TV "Hər şey daxil" verilişində Azərbaycan manatının cırılması ilə bağlı açıqlama yayıb
Milli.Az xəbər verir ki, televiziyanın saytında yerləşdirdiyi açıqlamada bildirilir:

"Xəzər televiziyası 2007-ci ildə "Ailənizin Xəzəri" devizi altında yayım fəaliyyətinə başlayıb. Fəaliyyətə başladığı qısa müddət ərzində böyük tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər zaman milli-mənəvi dəyərlərin qorunması və təbliği, soy-kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir.

Bu gün Xəzər televiziyasında yayımlanan "Hər şey daxil" verilişində arzuolunmaz hal baş verdi. Belə ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeyri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb.

Məsələ ilə bağlı Xəzər televiziyası rəhbərliyi dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib və aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıblar.

Baş vermiş hadisəyə görə adıçəkilən şəxslər üzr istəyiblər.

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR