Azərbaycan alimlərinin məqaləsi beynəlxalq cəmiyyətin saytında yerləşdirilib

Azərbaycan alimlərinin məqaləsi beynəlxalq cəmiyyətin saytında yerləşdirilib
17:13 23 Yanvar 2015
213 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlarının məqaləsi Bərpa Olunan Enerji üzrə Qlobal İnnovasiyalar Cəmiyyətinin saytında yerləşdirilib.
İnstitutdan AzərTAc-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, akademik Vaqif Abbasov və bir qrup əməkdaşın birlikdə hazırladıqları, “FUEL” jurnalında dərc olunmuş elmi məqalə bərpa olunan enerji tədqiqatları sırasında Bərpa olunan Enerji üzrə Qlobal İnnovasiyalar Cəmiyyəti tərəfindən açar məqalə kimi seçilərək həmin cəmiyyətin saytında yerləşdirilib.
Beynəlxalq cəmiyyət hər il akademik auditoriya və istehsalat-elm işçiləri, habelə əsas akademiya institutları, həmçinin istehsal şirkətləri tərəfindən təqdim edilmiş işləri nəzərdən keçirir.
Məqalələrin Bərpa olunan Qlobal Enerji İnnovasiyalar Cəmiyyəti tərəfindən saytda yerləşdirilməsi geniş imkanlar yaradır. Bu, qlobal mühitin yaradılmasında və bərpa olunan qlobal enerji innovasiyaları sahəsində başlanğıc üçün olduqca vacib məsələdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_alimlerinin_meqalesi_beynelxalq_cemiyyetin_saytinda_yerlesdirilib-827071

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR