"Xəzər" TV üzr istədi

"Xəzər" TV üzr istədi
17:16 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xəzər televiziyası üzr istəyib. ANS PRESS-in məlumatına görə, buna səbəb kanalın efirində Azərbaycan manatının cırılması olub. Üzrxahlıq mətnində deyilir:

"Hər zaman milli –mənəvi dəyərlərin qorunması və təbliği, soy- kökə bağlılıq, dövlətçilik, vətənpərvərlik ruhunda tərbiyə əsas məqsədimizdir.

Bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verib. Belə ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəmiş və bu zaman qeri-ixtiyari olaraq milli valyutamız olan manatı cırıb.

Məsələ ilə bağlı rəhbərlik dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib, və aşağıda adları çəkilən əməkdaşlar cəzalandırılıb.

Aparıcı Səfərova Sevinc
Rejissor Məmmədova Sevinc
Baş verən hadisəyə görə üzr istəyirik".
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR