[ 26 Dekabr 2014 14:25 ]
Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, respublikanın əsasən dağlıq, dağətəyi rayonlarında və Abşeron yarımadasında dekabrın 28-də arabir güclənən cənub-qərb küləyi dekabrın 28-i axşam, 29-u gecə və səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.