“Basqal və basqallılar” kitabı çapdan çıxıb

“Basqal və basqallılar” kitabı çapdan çıxıb
17:28 23 Yanvar 2015
300 Ölkə
Ölkə mətbuatı
A- A+


İsmayıllı, 23 yanvar, Adil Ağayev, AzərTAc 
İsmayıllı rayonunun qədim yaşayış məskənlərindən olan Basqal əhalisinin əsrlərdən bəri qoruyub saxladığı adət-ənənələrdən, keçirilən bayram və dini mərasimlərdən bəhs edən, qədim sənət növlərindən olan ipəkçiliyin, dəmirçiliyin, dabbaqlığın və s. qorunub saxlandığını əks etdirən yeni nəşr--“Basqal və basqallılar” kitabı çapdan çıxıb.
AzərTAc xəbər verir ki, yazıçı-publisist, “Metodist müəllim”, “Təhsil əlaçısı”, “Qabaqcıl maarif xadimi” olan el ağsaqqalı Miryavər Hüseynovun yenicə işıq üzü görən bu kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitaba müəllifin müxtəlif vaxtlarda dərc olunan “Basqal əcdadlarımızın əks-sədasıdır” etnoqrafik sənədlər toplusu və “Yaşamaq elmi” povesti daxil edilib.
“Basqal və basqallılar” kitabının böyük bir hissəsində Basqalın adlı-sanlı yetirmələrinin, o cümlədən dövlət, elm, maarif və incəsənət xadimlərinin həyat yolundan ətraflı bəhs edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Basqal_ve_basqallilar_kitabi_chapdan_chixib-827076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR