Bakıda maraqlı cinayət hadisəsi olub. Suraxanı rayonunda yanvarın 20-də Mikayıl Məmmədova məxsus “VAZ-21063” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Kamran Mürsəlov tutulub. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, onun ötən il oktyabrın 16-da Bakı şəhər sakini İbrahim Salmanzadə ilə birgə Seyfulla Bədəlova məxsus “VAZ-2105” markalı avtomobili qaçırması da müəyyən edilib.Çox vaxt cinayətkarı uzaqda axtarmaq lazım gəlmir. O, sizin ən yaxınınız da ola bilər
K.Mürsəlovun başq bir cinayəti isə polis əməkdaşlarının da təəcübünə səbəb olub. O, ötən il oktyabrın 23-də atasına məxsus “QAZ-24” markalı avtomobili də qaçırıb.
Faktla bağlı araşdırma aparılır.
Gülər
Milli.Az
: 50