Parlamentdə dava

Parlamentdə dava
14:36 26 Dekabr 2014
69 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Ali Radasında dava düşüb.

ANS PRESS-in məlumatına görə, Radikal partiyasından deputat Oleq Lyaşko ilə müxalifətçi deputat Nestor Şufriç arasında mübahisə sonradan əlbəyaxaya davaya çevrilib.

Lyaşko Şufriçi 2012-ci il seçkilərində ona 3 milyon dollar rüşvət verməyə cəhd etməkdə ittiham edib. Şufriç isə əksinə Lyaşkonu ona iki dəfə rüşvət təklif etməkdə günahlandırıb.

"O, rüşvət haqda danışır. Bu doğrudur. Ancaq rüşvəti o mənə təklif edib. Özü də iki dəfə. Birinci dəfə 3 milyon, ikinci dəfə isə 5 milyon məbləğində", - deyə deputat bildirib. Parlamentin spikeri deputatları çətinliklə sakitləşdirərək yerlərində oturda bilib.

.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316447

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR