Bank VTB (Azərbaycan) strategiyasında kiçik və orta sahibkarlarla sıx əməkdaşlığı davam etdirəcək

Bank VTB (Azərbaycan) strategiyasında kiçik və orta sahibkarlarla sıx əməkdaşlığı davam etdirəcək
17:33 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, Samirə Quliyeva, AzərTAc
Əvvəlki illərdə olduğu kimi, Bank VTB (Azərbaycan) 2015-ci il üzrə strategiyasında kiçik və orta sahibkarlarla sıx əməkdaşlıq etmək niyyətindədir.
Bank VTB (Azərbaycan)ın idarə heyətinin sədri Yuri Yakovlev AzərTAc-a müsahibəsində bildirib ki, ötən ilin sonunda ölkəyə yeni avtobusların alınması üçün “Safa Trans” şirkətinə 7 milyon manat məbləğində ayrılan kredit də sahibkarlığa dəstəyin bariz nümunəsidir. Ötən ildən başlayan layihə 2015-ci ildə də davam edəcək.
Bank həmçinin regionlarda sahibkarlığın inkişafını dəstəkləmək niyyətindədir. Bunun üçün Bank VTB (Azərbaycan) bir sıra regionlarda filiallar açmağı planlaşdırır. Artıq Sumqayıt və Xırdalan şəhərlərində bankın filialları fəaliyyət göstərir. Yaxın gələcəkdə Gəncə şəhərində yeni filialın açılışı gözlənilir. Bu filiallar vasitəsi ilə bank, ilk növbədə, Rusiya bazarına çıxmaq istəyən sahibkarlara dəstək olacaq. Eləcə də Bank VTB (Azərbaycan) hazırda regionlarda sahibkarlığın inkişafına kömək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə danışıqlar aparır. SKMF regionlarda bir çox biznes layihələrin reallaşmasına dəstək olur. Bu baxımdan, Bank VTB (Azərbaycan) Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bank_VTB_Azerbaycan_strategiyasinda_kichik_ve_orta_sahibkarlarla_six_emekdasligi_davam_etdirecek-827077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR