Yəhovanın Xristian Şahidləri Avropa Assosiasiyasının nümayəndələri Ombudsman Aparatında olub

17:42 23 Yanvar 2015
160 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 17:38 ]


Bakı. Könül Kamilqızı - APA. Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının ölkəmizdə səfərdə olan nümayəndələri, din azadlığı üzrə müşavir Mark Hansen, həmin Assosiasiyanın rəhbər Komitəsinin sədri Vasiliy Kalin və bu dini təriqətin yerli icmasının təmsilçiləri Ombudsman Aparatında qəbul edilib.

 

Aparatdan APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycanda dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu diqqətə çatdırıb. Ölkədə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, hər kəsin etiqad etdiyi dinə ehtiramla yanaşılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə cəmiyyət və dini birliklər, konfessiyalar, təriqətlər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyi bildirilib, bu sahədə milli qanunvericiliyin Avropa standartlarına tam cavab verdiyi vurğulanıb. Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın vicdan azadlığının təmini sahəsində gördüyü işlər barədə ətraflı danışılıb.

 

Görüşün sonunda qonaqlara beş dildə hazırlanmış Ombudsman haqqında Konstitusiya Qanununun nüsxələri təqdim edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR