Kaspşik: “Təmas xəttində baş verənlərdən narahatıq”

Kaspşik: “Təmas xəttində baş verənlərdən narahatıq”
17:44 23 Yanvar 2015
109 Ölkə
Ölkə mətbuatı
A- A+

 

“Qoşunların təmas xəttində baş verənlər ATƏT-in fəaliyyətdə olan sədri, Minsk qrupu həmsədrləri, həmçinin mənim narahatlığım üçün əsas yaradır”.

 

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik deyib.

 

O, atəşkəsin pozulması zamanı ağır silahlardan istifadə və sərhəd və təmas xəttinə müdaxilə ilə bağlı xəbərlər aldığını bildirib: “Həmçinin həmin ərazilərdə tələfat barədə də məlumatlar var. Mənim ofisim yanvarın 14-də təmas xəttində monitorinq aparıb. Mən şəxsən bu monitorinqdə iştirak edə bilməmişəm, çünki VyanadaATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdəydim. Qayıtdıqdan sonra vəziyyəti monitorinq etmək üçün Dağlıq Qarabağ və İrəvana səfər etdim. Bakıya da gələcəyəm. Hadisələrin gedişi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrini və Minsk qrupu həmsədrlərini məlumatlandırmada davam edəcəyəm”.

 

Qeyd edək ki, son günlər cəbhədə vəziyyət xeyli gərginləşib. Erməni tərəfi itkilər verdiyini təsdiqləsə də, Azərbaycan Müdafiə Nazirliyi ordumuzun heç bir itki vermədiyini, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət etdiyini açıqlayıb.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR