Kişinin boğazını kəsib pul istədilər, 17 il həbs cəzası aldılar

Kişinin boğazını kəsib pul istədilər, 17 il həbs cəzası aldılar
17:44 23 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt sakininə qarşı quldurluq edən Yədulla Seyfullayev və Əlövsət Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin qərarı ilə Yədulla Seyfullayev 8 il, Əlövsət Bayramov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.
 

Qeyd edək ki, keçən il Sumqayıt şəhəri, 21-ci mikrorayonda Sumqayıt şəhər sakinləri Əlövsət Bayramov və Yədulla Seyfullayev həmyerliləri Elşən Quliyevə boğaz nahiyəsindən kəsici alət xəsarət yetirərək pul verməsini tələb edib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci( quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR