Serbiyanın baş naziri Azərbaycana dəvət olunub

Serbiyanın baş naziri Azərbaycana dəvət olunub
14:37 26 Dekabr 2014
60 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:34 ]

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov bu ölkənin baş naziri Aleksandr Vuçiçlə  görüşüb. APA-nın Serbiya hökumətinin saytına istinadən verdiyi xəbəra görə, görüş zamanı tərəflər Bakı və Belqrad arasında mövcud olan siyasi və iqtisadi əməkdaşlığı müzakirə ediblər.

 

E. Həsənov A. Vuçiçi Azərbaycana rəsmi səfərə dəvət edib. Diplomat Serbiyanı Balkan regionunda sabitlik və sülh məkanı adlandırıb. Tərəflər Azərbaycan şirkətlərinin Serbiyanın yeni infrastruktur layihələrində mümkün iştirakını və kənd təsərrüfatı sahəsində əməkdaşlığın intensivləşməsi yolları barədə fikir mübadiləsi aparıblar. Baş nazirinin səfərinin yekununda Azərbaycan-Serbiya biznes forumunun keçirilməsi nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367368

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR