Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək

Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək
17:48 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Martın 17-də Bakıda Azərbaycan İnvestisiya Forumu keçiriləcək.
AzərTAc xəbər verir ki, “The Economist” jurnalı tərəfindən təşkil olunacaq forumda Azərbaycan və qlobal iqtisadiyyatın əsas sektorlarını təmsil edən yüksək vəzifəli şəxslər, iqtisadçılar, əlaqələndiricilər və dövlət qulluqçuları iştirak edəcəklər.
Forum “The Economist” jurnalının redaktoru Con Endryusun sədrliyi ilə keçəcək və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi imkanları, ölkənin idman, təhsil və incəsənət sahələri üzrə regional mərkəzə çevrilməsi yolları, eləcə də bu il Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məruzələr və çıxışlar dinləniləcək.
Azərbaycan İnvestisiya Forumunda “Enerji sektoru – növbəti fəsil: Azərbaycanın iqtisadi qüdrətinin əsasının inkişafı”, “Neft iqtisadiyyatı çərçivəsindən kənar: rəqabətqabiliyyətli mikroəsasın yaradılması”, “İnnovasiyalar, sahibkarlıq və şaxələndirmə: maneələrin aradan qaldırılması, “Rəqəmsal əsr: yeni iqtisadiyyat şəraitində texnologiya və telekommunikasiyaların rolu”, “Milli artımı təmin etmək üçün təhsil və tədris”, “İdman tədbirləri: Azərbaycanın dünya arenasında mövqeyi” və “Şaxələndirmə: qeyri-neft sektorunun payının artırılması” kimi mövzular müzakirə olunacaq.
Müzakirələrdə bank, texnologiya, investisiya, istehsalat və təhsil sektorlarının aparıcı nümayəndələri iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Azerbaycan_Investisiya_Forumu_kechirilecek-827082

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR