Tanklar şəhərə girdi (VİDEO)

Tanklar şəhərə girdi (VİDEO)
17:51 23 Yanvar 2015
198 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna Parlamentinin sabiq millət vəkili, hazırda qondarma Donesk və Luqansk respublikaların Parlamentlər İttifaqının sədri Aleq Tsaryev Donetskə çoxsaylı tankların yeridildiyi barədə məlumat verib.

ANS TV-in məlumatına görə, sabiq millət vəkilini bunun Kursk döyüşü deyil, söhbət yüzlərlə yox, onlarla tankdan getdiyini deyir. Bəs bu tanklar hardandı sualına, Aleq Tsaryev “İnanın ki, bizdə tank olmayıb, bu tanklar Ukrayna ordusundan ələ keçirilib”, - deyə sadə bir cavab verib.

Münaqişə bölgəsindəki gərginliyə Ukrayna prezidenti Pyotr Poroşenko da münasibət bildirib. O gərgin döyüşlərin getdiyini və Ukraynanın qalib çıxdığını söyləyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Donetskdə avtobusa tuş gələrək azı 15 nəfərin həyatına son qoyan mərmiyə zərbəsinə görə, Ukrayna hökümətini təqsirkar bilib. Gərginliyin daha da artmasına elə bu hadisə səbəb olub. Moskvada verdiyi bəyanatda, Lavrov baş verən insidenti “dəhşətli cinayət” adlandırıb.

“Ölkə xaricindən dəstəklənən Kiyevdəki “müharibə partiyasının” qələbə çalmasına imkan verə bilmərik. Biz həmin xarici dəstəkçilərin kimlər olduğunu yaxşı bilirik. Bu qanlı və mənasız münaqişəyə son qoymaq üçün əlimizdən nə gəlirsə edəcəyik”, - deyə Lavrov cavab verdi.

ABŞ tərəfi isə məsələ ilə bağlı konkret ittiham irəli sürməyə tələsməyib. Dövlət Departamentinin sözçüsü ətraflı araşdırma aparılmamış dəqiq münasibət bildirmək iqtidarında olmadıqlarını diqqətə çatdırıb

ABŞ dövlət departamentinin sözçüsü Cen Psaki deyib ki, həmin insiden ATƏT müşahidəçiləri tərəfindən yerində araşdırılır. O bütün tərəfləri bu istintaq prosesinə yardım göstərməyə çağırır. Psaki onların hadisə yerində oluduğunu və faktların araşdırılması yekunlaşandan sonra hesabatla çıxış edəcəklərini bildirdi.

“Bu dünən Ukrayna, Rusiya, Fransa və Almaniyanın iştirakı ilə Berlin görüşündə əldə olunan razılaşmanın təxirəsalınmaz şəkildə implementasiyasının nə dərəcədə vacib olduğunu ortaya qoyur”- deyə Cen Psaki bildirib.


Mənbə
ANS TV, Çinarə Vaqif


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR