Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə müsadirə edib - FOTO

Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə müsadirə edib - FOTO
14:42 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:39 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları  mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşını alıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzinin ərazisində müxtəlif şəxslərdən külli miqdarda - 3550 ədəd, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan vətəndaşları Quluzadə Nofəl Yusif oğlu, Şirinov Yasin Qasım oğlu, Hacınəbiyev Asim Musa oğlu, Həmzalov Hacıbala Daşdəmir oğlunun idarə etdikləri avtomobillərdən külli miqdarda - 446 min 712 ədəd,  Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda isə Azərbaycan vətəndaşı Zeynalov Ramin Elxan oğlunun idarə etdiyi nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş 7267 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

 

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR