Ötən il Azərbaycanda ictimai nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə 3 minə yaxın protokol tərtib olunub

18:07 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 18:04 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda 2014-cü il ərzində ictimai nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərinə qarşı inzibati xətalar üzrə tərtib olunan protokolların sayı açıqlanıb.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyat İdarəsi Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov “APA-Economics”ə bildirib ki, 2015-ci il yanvarın 1-nə olan statistikaya görə, ötən il 2 834 inzibati xətalar üzrə protokol tərtib olunub.

 

“Buraya həm sükan arxasında telefonla danışma, sükan arxasında siqaret çəkmə, habelə lisenziya olmadan nəqliyyat vasitəsini idarə etmək daxildir”, - deyə Ə. Cəfərov qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370188

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR