“Qafqazinfo” saytına girişlə bağlı problemlər yaranıb. Saytın baş direktoru Elbrus Ərud Lent.az-a bildirib ki, buna səbəb sayta haker hücumunun olmasıdır. Onun sözlərinə görə, indiyədək sayta bu miqyasda haker hücumu baş verməyib. “Hazırda saniyədə 300 qb sürətlə haker hücumu həyata keçirilir. Texniki mütəxəssislərimiz bunun qarşısını almaqda çətinlik çəkirlər”.