Sabah məntəqə seçki komissiyalarının bələdiyyə seçkiləri ilə bağlı maliyyə hesabatını təqdim etməsi üçün ayrılmış müddət başa çatır

14:42 26 Dekabr 2014
62 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:36 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə 23 dekabr 2014-cü ildə keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi üçün ayrılmış müddət sabah başa çatır.

 

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 96.6-cı maddəsinin tələbinə əsasən səsvermə günündən sonra 5 gün müddətində məntəqə seçki komissiyaları maliyyə hesabatını DSK-lara təqdim etməlidir.

 

Bələdiyyə seçkiləri ilə bağlı məntəqə seçki komissiyaları maliyyə hesabatını dekabrın 28-dək DSK-lara təqdim etməlidirlər. Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyalarının maliyyə hesabatının MSK-ya təqdim edilməsi üçün isə 2015-ci il yanvarın 2-dək vaxt ayrılıb. Seçki Məcəlləsinin 96.7-ci maddəsinə əsasən DSK-lar səsvermə günündən sonra 10 gün müddətində maliyyə hesabatını MSK-ya təqdim etməlidir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR