Avstraliyalı balıqçının toruna nəsli 80 milyon il əvvələ təsadüf edən əcaib balıq düşüb

Avstraliyalı balıqçının toruna nəsli 80 milyon il əvvələ təsadüf edən əcaib balıq düşüb
18:13 23 Yanvar 2015
277 Dünya
Ölkə mətbuatı
A- A+


Paris, 23 yanvar, AzərTAc
Avstraliyalı balıqçı Entranse gölü sahillərində balıq ovlayarkən toruna əcaib balıq düşüb. O, bu qəribə ovla bağlı yerli jurnalistlərə müsahibəsində deyib ki, köpək balığı-kərtənkələ formasında olan balığın qorxunc görünüşü var. 1,5 metr uzunluğunda olan yırtıcı balığın başı qorxulu filmlərdəki epizodları xatırladır. Ona baxmaq həddindən artıq dəhşətlidir. 300 dişi olan bu qəribə balığın nəslinin 80 milyon il bundan əvvələ təsadüf edildiyi bildirilir. O, 30 ildən artıqdır ki, balıq ovu ilə məşğul olduğunu, amma heç vaxt belə qorxunc görkəmi olan köpək balığı-kərtənkələ ilə rastlaşmadığını söyləyib.
Mütəxəssislər bu növ balığa yalnız Yeni Zelandiyanın, Yaponiyanın və İspaniyanın yaxınlığındakı okean və dənizin dibində rast gəlindiyi bildiriblər. İlk dəfə bu növ balıq 1884-cü ildə aşkar olunub.
Köpək balığı-kərtənkələ əsasən öz ölçüsündən bir qədər kiçik olan balıqlarla qidalanır.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliyali_baliqchinin_toruna_nesli_80_milyon_il_evvele_tesaduf_eden_ecaib_baliq_dusub-827093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR