Gürcüstanın daxili işlər naziri istefa verib

Gürcüstanın daxili işlər naziri istefa verib
18:17 23 Yanvar 2015
102 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 18:12 ]


Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın daxili işlər naziri ALeksandr Çikaidze istefa verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə bəyanat yayan nazir bildirib ki, istefasına səbəb 2006-cı ildə Gürcüstanda hüquqşünas Zurab ölümündə iştirakçı olanları gizlətməkdə ittiham edilməsi olub.

 

"Baş nazirə istefa barədə müraciət etmək istəyirəm. Guya mən Zurab Vazaqmaşvilinin ölümündə iştirakçı olan adamları gizlədirəm. Mən bu ittihamı yalan hesab edirəm və mənəvi məsuliyyət hiss edib vəzifəmdən istefa verirəm" - deyə nazir vurğulayıb.

 

Nazir deyib ki, faciə baş verən zaman Gürcüstanda olmayıb: "İstintaq davam edir və mən bu prosesdən kənarda durmağı doğru hesab edirəm. Ümid edirəm ki, yaxın vaxtlarda hər şey öz adı ilə çağırılacaq".

 

Gürcüstan DİN-in mətbuat xidmətindən APA-ya verilən açıqlamada Yuri Vazaqmaşvili və onun oğlu Zurab Vazaqvaşvilinin ölümləri haqqında cinayət işi qaldırıldığı və sənədlərin hamısının Gürcüstanın Baş Prokurorluğuna verildiyi bildirilib: "Bütün suallara prokurorluq cavab verir" - deyə mətbuat xidmətinin əməkdaşı Mziya Çitiaşvili qeyd edib.

 

Xatırladaq ki, yanvarın 20-də Kaspi rayonunun Karub kəndində hüquqşünas Yuri Vazaqmaşvili oğlu Zurab Vazaqmaşvilinin qəbrini ziyarət edərkən törədilən partlayış nəticəsində öldürülüb. Faktla bağlı prokurorluq Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açıb. Gürcüstanın baş naziri İrakli Qaribaşvili tezliklə bu cinayətin açılmasını tələb edib.

 

Qeyd edək ki, Zurab Vazaqmaşvili 2006-cı ilin mayın 2-də polis qrupları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR