Ötən il lizinq yolu ilə 3300-dən çox kənd təsərrüfatı texnikası verilib

Ötən il lizinq yolu ilə 3300-dən çox kənd təsərrüfatı texnikası verilib
18:18 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Ötən il Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə 3349 ədəd kənd təsərrüfatı texnikası verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2014-cü il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 95,1 milyon manat dəyərində 1191 ədəd müxtəlif növ traktor, 950 ədəd kotan, 514 ədəd taxılyığan kombayn, 307 ədəd səpici aqreqat, 61 ədəd otbiçənlər, 56 ədəd çiləyici və tozlayıcı maşınlar, 51 ədəd malalar, 39 ədəd gübrəsəpən maşın, 23 ədəd ot dırmıqları, 23 ədəd traktor yedəkləri (qoşqular), 16 ədəd kultivatorlar, 14 ədəd taxıl-toxum təmizləyən və 104 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2356581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR