“Baku Sinfonietta” orkestrinin ifası təqdim edilib

18:23 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 23-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AzərTAc xəbər verir ki, ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə bu münasibətlə silsilə tədbirlərin keçirildiyini vurğulayaraq bildirib ki, bugünkü tədbir həmin silsilədən sonuncudur.
Qeyd edib ki, tədbirdə faciə mövzusuna həsr olunmuş əsərlər səslənəcək.
F.Əlizadə tədbirdə “Baku Sinfonietta” orkestrinin çıxış edəcəyini söyləyib.
Orkesrtin bədii rəhbəri beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.
Sonra orkestrin ifası təqdim edilib. Proqramda Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Lay-lay”, Tomaso Albinoninin “Adajio”, İ.S.Baxın “Ariya” və “Fortepiano konserti”, Edvard Qriqin “Ozenin ölümü”, Samuel Barberin “Adajio” əsərləri səsləndirilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR