DSX-in Xüsusi Məktəbinin Nizamnaməsi təsdiqlənib

18:27 23 Yanvar 2015
1446 Sosial
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 18:21 ]

Məktəbin məzunlarının istənilən ali və ya orta-ixtisas təhsili müəssisəsində təhsil almaq hüququ məhdudlaşdırıla bilməz

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin Nizamnaməsi”ni təsdiq edib.

 

APA-nın məlumatına görə, Nizamnaməyə əsasən DSX Xüsusi Məktəbi xidm’tin strukturunda fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsidir.

 

Məktəbin yaradılması, yenidən təşkili və ləğv edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Məktəbin əsas məqsədi DSX-nin xüsusi təyinatlı ali təhsil müəssisəsində təhsil almaq üçün namizədləri hazırlamaqdır. Məktəbdə təhsil pulsuzdur. Məktəbdə kursantların pul, əşya-geyim, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) təminatı qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir. Kursantların geyim forması və fərqlənmə nişanları DSX hərbi qulluqçularının hərbi geyim forması və fərqlənmə nişanları ilə eyni qaydada təsdiq olunur. Məktəb hüquqi şəxsdir, qanunvericiliyə uyğun sərəncamında olan dövlət və hərbi əmlaka, xəzinə hesabına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, DSX-nin və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Məktəb mövcud qanunvericilik çərçivəsində DSX rəisinin müəyyən etdiyi qaydada inzibati və maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməkdə sərbəstdir. Məktəb qanunauyğun olaraq statistik və maliyyə hesabatlarını aidiyyəti üzrə təqdim edir, fəaliyyətinin nəticələri barədə DSX-yə hesabat verir. Məktəb Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşir.

 

Məktəbin strukturu, ştat sayı və ştat cədvəli DSX-nin rəisi tərəfindən təsdiq edilir.

Məktəbdə təhsil müddəti 7 ildir və ümumi orta (V - IX siniflər), tam orta (X-XI siniflər) təhsil səviyyələrini əhatə edir. Siniflər (taqımlar) kursantların sayı ən azı 20 nəfər olmaqla müəyyən edilir. Məktəbin məzunlarının istənilən ali və ya orta-ixtisas təhsili müəssisəsində təhsil almaq hüququ məhdudlaşdırıla bilməz.  Məktəbin V sinfinə həmin ildə 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan ümumtəhsil məktəbinin IV sinfini bitirmiş oğlanlar qəbul edilirlər. Məktəbə qəbul planı DSX-nin rəisi tərəfindən müəyyən olunur. Məktəbin rəisi DSX-nin rəisi tərəfindən vəzifəyə təyin və ya azad edilir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR