Boris Yeltsin yeni sevgilisi ilə (FOTO)

Boris Yeltsin yeni sevgilisi ilə (FOTO)
14:46 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Rusiyanın ən çox arzu edilən subaylarından biri, Rusiyanın mərhum sabiq prezidenti Boris Yetsinlə eyni adı daşıyan nəvəsi üzə çıxıb.

ANS PRESS-in məlumatına görə, kiçik Yeltsin yeni sevgilisi ilə fotolarını bloquna yerləşdirib. Onun yeni sevgilisi isə serb super model Tamara Laziçdir.

Yeni ilə hazırlaşan cütlük Karib adalarındakı ən elit mərkəzlərdən birində istirahət edir. O, bu mərkəzə hər il rus milyarder Roman Abromoviçin keçirdiyi "ilin gecəsi" şənliyinə qatılmaq üçün gedib.

Abramoviç Rusiyanın ilk prezidentinin ailəsi ilə yaxın dostdur. Belə ki, Yeltsinin qızı Tamara Dyaçenko və onun ailəsi "ilin gecəsi" şənliyinə qatılmaq üçün Karib adalarına gedir.

Yetsin və sevgilisi hələ ki, vaxtlarını öz möhtəşəm villalarının hovuzunda keçirirlər.

Boris və Tamaranın sevgi münasibəti bu ilin yazından başlayıb. Onların hər ikisi də "Formula 1" yarışının həvəskarlarıdır. Onların evlənəcəyi gözlənilir.

Yeltsinin nəvəsi biznes fəaliyyəti ilə məşğuldur və o Moskva yaxınlığında 450 hektar sahəsi olan dağ xizək turizm kompleksi inşa etməyə hazırlaşır. Layihənin dəyəri 800 milyon dollardır.










RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR