Anadan oğula corabda gizlədilmiş telefon sovqatı (FOTO)

Anadan oğula corabda gizlədilmiş telefon sovqatı (FOTO)
18:33 23 Yanvar 2015
207 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

3 saylı İstintaq təcridxanasına telefon keçirmək cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan Allahverdi Qulu oğlu Sadıxovun yanına qısamüddətli görüşə gəlmiş anası - Xaçmaz rayon sakini Səyyarə Bayramxan qızı Sadıxovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı corabının içərisində gizlədilmiş, daxilində “Cin” danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, A.Sadıxov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR