Stolüstü tennis üzrə Bakı şəhər açıq çempionatı başa çatıb

Stolüstü tennis üzrə Bakı şəhər açıq çempionatı başa çatıb
18:33 23 Yanvar 2015
243 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Yanvarın 23-də paytaxtın 258 nömrəli məktəbinin idman zalında stolüstü tennis üzrə Bakı şəhər açıq çempionatı başa çatıb.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AzərTAc-a bildiriblər ki, bir həftə davam edən çempionat 32 kişi və 16 qadın idmançısının iştirakı ilə şəxsi və qoşa formatda keçirilib.
Kişilər arasında Zaur Mikayılov birinci yerə layiq görülüb. Vaqif Fatehi ikinci, Əliverdi Şahgəldiyev üçüncü yerlərin sahibi olublar.
Qadınlar arasında bu formatlı yarışlarda Nəzakət Qarayeva birinci, Fatimə Məmmədli ikinci və Vüsalə Salahova üçüncü yerləri tutublar.
Qaliblərə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və hədiyyələri təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Stolustu_tennis_uzre_Baki_seher_achiq_chempionati_basa_chatib-827104

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR