AMEA Əlyazmalar İnstitutu İslam Əlyazmaları Assosiasiyasının üzvü seçilib

18:37 23 Yanvar 2015
158 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 18:35 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu Böyük Britaniyanın Kembric Univeritetinin nəzdində yaradılmış İslam Əlyazmaları Assosiasiyasının (The İslamic Manuscript Assosation) üzvü seçilib.

 

AMEA-dan APA-ya verilən xəbərə görə, İslam Əlyazmaları Assosiasiyası islam əlyazma kolleksiyalarını qorumaq və onlarla işləyənlərə dəstək göstərmək üçün yaranmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Böyük Britaniyanın Kembric şəhərində fəaliyyət göstərən təşkilat İslam əlyazmalar kolleksiyalarının mükəmməl formada qorunmaması və onlardan istifadə imkanlarının tam olmaması ehtiyacından yaranıb.

 

Assosiasiyanın dünyanın 25 ölkəsindən (Misir, Özbəkistan, ABŞ, İtaliya, Macarıstan,Fransa, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Albaniya, Əlcəzair, Hindistan, Mərakeş və s.) 600-ə yaxın üzvü var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR