[ 26 Dekabr 2014 14:42 ]
Bakı – APA. Fransanın “Le Racing de Lens” futbol klubunun prezidenti Jerve Martel Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
APA-nın məlumatına görə, J. Martelin məktubunda deyilir:
“Zati-aliləri, Fransanın “Le Racing de Lens” futbol klubu adından doğum gününüz münasibətilə təbriklərimizi çatdırır, Sizə cansağlığı, firavanlıq və ali dövləti vəzifənizdə uğurlar arzu edirik. Bu xoş fürsətdən istifadə edərək, 2015-ci ilin iyununda idmanın və futbolun beynəlxalq səviyyədə inkişafı üçün Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təşkilatçılığında səmərəli münasibətlər çərçivəsində birgə çalışmağa davam etmək arzumuzu çatdırırıq”.