Azərbaycanın turizm potensiyalı ABŞ-da keçirilən beynəlxalq turizm sərgisində nümayiş olunur

18:38 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvar 23 – də ABŞ-ın Nyu-York şəhərində “New York Times Travel Show 2015” beynəlxalq turizm sərgisinin açılışı olub.
Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, 7 yerli turizm şirkəti və “Azərbaycan Hava Yolları” QSC təmsil edir.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, Azərbaycanın üçüncü dəfə iştirak etdiyi sərgidə ölkəmizin turizm potensialı 30 kvadratmetrlik pavilyonda nümayiş olunur. Burada ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri ingilis dillərində hazırlanmış 17 adda xüsusi reklam çap məhsulları vasitəsilə təbliğ edilir.
Yanvarın 25-dək davam edəcək beynəlxalq sərgiyə Azərbaycanla yanaşı, 150 ölkədən 500-ə yaxın şirkət və mehmanxana qatılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_turizm_potensiyali_ABS_da_kechirilen_beynelxalq_turizm_sergisinde_numayis_olunur-827110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR