Ötən il 200-dən çox sürücü ictimai nəqliyyatdan uzaqlaşdırılıb

Ötən il 200-dən çox sürücü ictimai nəqliyyatdan uzaqlaşdırılıb
18:38 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Sərnişin avtobuslarında quraşdırılan və görüntünü Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə ötürən avadanlıqlara ötən il sürücülər tərəfindən 59 min 941 dəfə müdaxilə olunub.
AzərTAc xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov məlumat verib. O bildirib ki, il ərzində aparılan araşdırmalar zamanı 23 min 309 sürücünün sükan arxasında telefonla danışması, 12 min 750 sürücünün isə siqaret çəkməsi faktı aşkarlanıb. Ümumilikdə 36 min 59 sürücü sükan arxasında qaydaları pozub ki, nəticədə də 221 protokol tərtib olunub. Ötən il belə pozuntulara yol verən 200-dən çox sürücü ictimai nəqliyyatdan uzaqlaşdırılıb və sahibkarlara bu barədə ciddi tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oten_il_200_den_chox_surucu_ictimai_neqliyyatdan_uzaqlasdirilib-827108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR