İbrahimoviçin agenti FIFA prezidenti olmaq istəyir

İbrahimoviçin agenti FIFA prezidenti olmaq istəyir
18:42 23 Yanvar 2015
108 İdman
Ölkə mətbuatı
A- A+

Tanınmış futbol agenti Mino Rayola FIFA prezidentliyinə namizədliyini vermək niyyətindədir.
 
Milli.Az bildirir ki, Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Zlatan İbrahimoviç, Mario Balotelli kimi futbolçuların agenti olan M.Rayola seçkilərdə qalib gələrək FIFA-nın hazırkı prezidenti Yozef Blatterin "diktatura"sına son qoymağı planlaşdırır.
 
Seçkilərdə FIFA-nın keçmiş baş katibi Jerom Şampan, qurumun vitse-prezidenti və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn və Fransanın sabiq futbolçusu David Jinola da iştirak etmək niyyətindədirlər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR