"TuranBank"dan 3D Secure xidməti

"TuranBank"dan 3D Secure xidməti
18:58 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

"TuranBank" kart müştərilərinə internetdə təhlükəsiz kart əməliyyatları aparmaq üçün 3D Secure xidmətini təklif edir.

Bankdan Trend-ə verilən məlumata görə, 3D Secure texnologiyasını tətbiqi internet saytlarında dələduzluq əməliyyatlarının keçirilmə risklərini minimuma endirir və internetdə əməliyyat aparan müştərilərin vəsaitlərini qorumağa imkan verir. Belə ki, 3D Secure texnologiyası kart məlumatları sızdıqda belə, kartın digər şəxslər tərəfindən internetdə istifadəsini mümkünsüz edir. Əməliyyatların təhlükəsizliyi birdəfəlik şifrənin daxil edilməsi məcburiyyəti ilə təmin edilir. Şifrəni iki üsulla əldə etmək mümkündür: bankomatda (ATM) birdəfəlik şifrələr siyahısını çap etdirərək və ya SMS vasitəsi ilə (bu halda “SMS Xəbərdarlıq” xidmətinə qoşulmaq mütləqdir).

3D Secure proqramında qeydiyyatdan www.azericard.com saytı vasitəsilə keçmək mümkündür.

Qeydiyyatdan sonra 3D Secure texnologiyasını dəstəkləyən saytlarda (bankın kart müştəriləri üçün “MasterCard SecureCode” loqotipi ilə işarələnir) alış-veriş zamanı kart rekvizitlərini qeyd etməklə əlavə olaraq birdəfəlik şifrəni də daxil etmək lazım olacaq. Bu üsul təhlükəsizliyi təmin etməklə yanaşı, internet ödəmələrini daha cəlbedici edir. Xidmət pulsuzdur.

Bankın beynəlxalq statuslu "MasterCard" plastik kartları öz rəqabətqabiliyyətliliyi ilə seçilərək müştərilərə təklif edilir. Bankın "MasterCard" məhsul çeşidləri vasitəsilə SMS məlumatlandırma, Card to Card, Mobil Bankçılıq, Cash by Code və s. xidmətlərdən istifadə etmək mümkündür. Eyni zamanda, bank əldə edilən plastik kartların üzərinə pulsuz şəkil həkk edilməsini təklif edir. Əlavə olaraq müştərilərə hədiyyələrin verilməsi məqsədilə hədiyyə kartları təklif edilir.

Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı www.turanbank.az saytından, https://www.facebook.com/TuranBankASC səhifəsindən və ya bankın 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2356549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR