Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının nümayəndələri Ombudsman Aparatında olublar

18:58 23 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yehovanın Xristian Şahidləri Avropa Assosiasiyasının nümayəndələri Ombudsman Aparatında olublar.
Aparatdan AzərTAc-a bildirilib ki, görüşdə Azərbaycanda dini tolerantlıq və vicdan azadlığının təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı milli və dini tolerantlığın Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyəti və ən mühüm nailiyyətlərindən olduğunu diqqətə çatdırıb. Ölkəmizdə vicdan və dini etiqad azadlığının təmin edilməsinə, dinlərarası ünsiyyət körpüsünün yaradılmasına, dini dözümlülüyə və tolerantlığa hörmət göstərilməsinə cəmiyyət və dini birliklər, konfessiyalar, təriqətlər arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyi bildirib və bu sahədə milli qanunvericiliyin Avropa standartlarına tam cavab verdiyi vurğulanıb. O, Azərbaycan ombudsmanının vicdan azadlığının təmini sahəsində gördüyü işlər barədə məlumat verib. Müvəkkilin müxtəlif dinlərin nümayəndələri ilə sıx əlaqələr saxladığı, dini icmalar daxil olmaqla “Din vasitəsilə sülh mədəniyyəti” dinlərarası şuranın yaradılmasını təklif etdiyi diqqətə çatdırılıb. Ombudsmanın təşəbbüsü üzrə müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə dini etiqad azadlığının təmini istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyi bildirilib.
Görüşün sonunda qonaqlara beş dildə hazırlanmış Ombudsman haqqında Konstitusiya Qanununun nüsxələri təqdim edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR