Kaliforniya Universitetinin professoru Lütfi Zadə Azərbaycan prezidentini təbrik edib

14:52 26 Dekabr 2014
76 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:50 ]

Bakı – APA. Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru Lütfi Zadə Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, L. Zadənin məktubunda deyilir:

 

“Əziz Prezident İlham Əliyev, Sizə ad gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaq istərdim. Siz Azərbaycanı ən yüksək bilik, siyasi bacarıq və xalqın rifahı qayğısı ilə idarə etmisiniz və yenə də idarə edirsiniz. Dünyada çaxnaşmaların baş verdiyi birvaxtda Azərbaycan sülh və tərəqqi içində yaşayır. Bu, olduqca əhəmiyyətli uğurdur. Sizə və ailənizə Yeni il təbriklərimi və ən xoş arzularımı da çatdırmaq istərdim.


Azərbaycan və Azərbaycan xalqı qəlbimin ən isti hissəsindədir. Sizin Azərbaycanı mədəniyyətə, elmə, incəsənətə və ədəbiyyata dərin hörmət bəslənilən bir ölkəyə çevirmək üçün göstərdiyiniz təşəbbüsləri və gördüyünüz işləri olduqca yüksək qiymətləndirirəm. Sizin kimi bir rəhbəri olduğu üçün Azərbaycan çox şanslıdır”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367376

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR