MN: Ohanyan yalan danışır

MN: Ohanyan yalan danışır
19:14 23 Yanvar 2015
216 Ölkə
Ölkə mətbuatı
A- A+

 Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin snayperinin erməni snayperi tərəfindən məhv edilməsi barədə Ermənistan KİV-lərində yayılan xəbərlərə münasibət bildirib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu, erməni tərəfinin növbəti uydurmasıdır.

 

“Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar. Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır. Rəsmi olaraq bildiririk ki, Ermənistan tərəfi artıq nə edəcəyini bilmədiyi üçün heç bir fakta əsaslanmayan bu cür boş, əsassız məlumatlar yaymaqla, erməni xalqının fikrini ordudakı çoxsaylı itkilərdən yayındırmaq məcburiyyətində qalıb”, - deyə nazirlik bəyan edib.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191304

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR