7 erməni qatili barəsində psixiatrik ekspertiza təyin edilib

7 erməni qatili barəsində psixiatrik ekspertiza təyin edilib
19:18 23 Yanvar 2015
207 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Gümrüdə erməni ailəni qətlə yetirməkdə günahlandırılan rusiyalı hərbçi Valeri Permyakov barəsində psixiatrik ekspertiza təyin edilib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, araşdırma çərçivəsində bir sıra məhkəmə-kriminalistika ekspertizaları da təyin edilib.

Məlumata görə, bütün ekspertizalar Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində aparılacaq.

Xatırladaq ki, V.Permyakov Gümrüdə bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirli bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR