Rusiya Metsamor AES-ə görə Ermənistana 270 milyon dollar verəcək

Rusiya Metsamor AES-ə görə Ermənistana 270 milyon dollar verəcək
14:53 26 Dekabr 2014
92 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Rusiya hökuməti Metsamor AES-in işləməsi müddətinin uzadılmasının maliyyələşdirilməsi üçün Ermənistana 270 milyon dollar məbləğində kreditin verilməsini bəyənib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bir müddət əvvəl Rusiya və Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddətinin uzadılmasında əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalayıblar. Tərəflər razılaşıblar ki, işlərin maliyyələşdirilməsi Rusiya Federasiyasının Ermənistana verəcəyi kreditin hesabına həyata keçiriləcək.

Rusiya hökumətinin saytında yerləşdirilmiş məlumatda deyilir: "Sərəncamın layihəsi Ermənistanın ərazisində "Metsamor" Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması işlərinin maliyyələşdirilməsi üçün 15 il müddətinə 270 milyon dollaradək məbləğdə dövlət ixracat kreditinin Ermənistana verilməsini nəzərdə tutur”.

Ermənistan Atom Elektrik Stansiyasının ikinci enerji blokunun istismar müddəti 2016-cı ilin sentyabrında başa çatır. Şənbə günü imzalanan saziş onun istismar müddətinin uzadılması işlərinin görülməsini nəzərdə tutur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2347982.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR