Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəri növbəti uydurmadır

Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələrinin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəri növbəti uydurmadır
19:27 23 Yanvar 2015
107 Digər
Ölkə mətbuatı
A- A+

"Ermənistanın müdafiə naziri Seyran Ohanyan və nazirliyin digər nümayəndələri daha çox yalan danışmaqla bir-birilərini üstələməyə çalışırlar. Bu, onların sanki kimin fantaziyasının daha artıq olması yarışına girmələri təsirini bağışlayır".
 
Milli.Az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
 
Nazirlikdən qeyd ediblər ki, Ermənilərin növbəti uydurması, guya Silahlı Qüvvələrimizin snayperinin düşmən tərəfindən məhv edilməsi xəbəridir.
 
Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Ermənistan tərəfi artıq nə edəcəyini bilmədiyi üçün heç bir fakta əsaslanmayan bu cür boş, əsassız məlumatlar yaymaqla erməni xalqının fikrini ordusundakı çoxsaylı itkilərdən yayındırmaq məcburiyyətində qalıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR