Milli Qəhrəman haqqında film çəkilir

19:28 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin "Yaddaş" sənədli filmlər studiyasında dövlət sifarişi ilə "Milli Qəhrəmanlar" silsiləsindən indiyədək iyirmi sənədli film çəkilib, on beş film isə hazırda istehsalın müxtəlif mərhələsindədir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu filmlərdən "Şuşalı şəhid" adlı filmin istehsalı başa çatmaq üzrədir.

Qarabağ müharibəsində Şuşa şəhər özünümüdafiə taborunun komandiri olmuş, Azərbaycanın Milli Qəhrəmanı Ramiz Qəmbərovun həyatından və keçdiyi şərəfli döyüş yolundan bəhs edən filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadədir.

R.Qəmbərovla bağlı xronikal kadrların da yer aldığı filmdə döyüş yoldaşları və müəllimləri qəhrəman haqqında xatirələrini bölüşür, onun igidliyindən və göstərdiyi şücaətlərdən söhbət açırlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR