Azərbaycan Qırğızıstana 5 yanğınsöndürən maşın verdi

Azərbaycan Qırğızıstana 5 yanğınsöndürən maşın verdi
19:36 23 Yanvar 2015
100 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstan Fövqəladə Hallar Nazirliyinə texniki yardım göstərib.

ANS PRESS-in Azərbaycan FHN-in saytına istinadən verdiyi məlumata görə, 30 mart 2012-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş” əsasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğızıstan FHN-ə texniki yardım çərçivəsində 5 ədəd “AÇ-40(130)63B” markalı yanğınsöndürən maşın verilib.

Əldə edilmiş razılığa uyğun olaraq, daha 5 ədəd yanğınsöndürən maşının göndərilməsi üçün hazırlıq işləri davam etdirilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR