Azərbaycan "New York Times Travel Show" sərgisində 3-cü dəfə

19:38 23 Yanvar 2015
224 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

2015-ci ilin 23-25 yanvar tarixində ABŞ-ın Nyu-York şəhərində keçirilən "New York Times Travel Show 2015" beynəlxalq turizm sərgisinin bu gün açılışı keçirilib.

Sərgidə Azərbaycanı təmsil edən Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin tərkibinə Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova və Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev daxildir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, həmçinin sərgidə 7 yerli turizm şirkəti, "Spektr travel", "Pasha travel", "SW travel", "Regea travel", "Geo travel", "Turizm.az", "The Tour", 1 mehmanxana, "Gallery hotel" və "Azərbaycan Hava Yolları" təmsil olunur.

Bu sərgidə turizm imkanlarının tanıdılması məqsədilə 30 kv.m-lik stend quraşdırılıb və sərgiyə gələnlərə təqdim etmək üçün ingilis dilində 17 adda buklet, broşür, bələdçi kitabı və jurnallar hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2007, 2013 və 2015-ci illər olmaqla artıq üçüncü dəfədir ki, "New York Times Travel Show" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 150 ölkədən 500-ə yaxın şirkət və mehmanxana təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356609.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR