Daxili işlər naziri istefa verdi

Daxili işlər naziri istefa verdi
19:41 23 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib.

ANS PRESS-in məlumatına görə, nazirin istefasına səbəb 2006-cı ildə Gürcüstanda keçirilən xüsusi əməliyyat zamanı öldürülən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olanları gizlətməkdə ittiham edilməsi olub.

"Baş nazirə istefa barədə müraciət etmək istəyirəm. Guya mən Zurab Vazaqaşvilinin ölümündə iştirakçı olan adamları gizlədirəm. Bu ittihamı yalan hesab edirəm və mənəvi məsuliyyət hiss edib vəzifəmdən istefa verirəm" - deyə nazir vurğulayıb.

Zurab Vazaqaşvili 2006-cı ilin mayın 2-də polis qrupları tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı öldürülüb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR