Bakı-Tiflis xətti üzrə “turist qatarı” işə salınacaq

Bakı-Tiflis xətti üzrə “turist qatarı” işə salınacaq
14:58 26 Dekabr 2014
87 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Qarşıdan gələn “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və və “Yeni il” bayramları ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” 2014-cü il dekabrın 29-dan 2015-ci il yanvarın 3-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərovbu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dekabrın 29-dan etibarən bütün istiqamətlərdə sərnişindaşımaya olan tələbatı nəzərə alaraq müəyyən tədbirlər görülüb. Bu, həm müvəqqəti yeni qatarların təyin edilməsi, eyni zamanda qatarlarda vaqonların sayının artırılması ilə əlaqədardır: “Bu gün xüsusi tələbat Bakı-Tiflis istiqamətinədir. Belə ki, dekabrın 29-da Bakıdan Tiflisə iki qatar yola düşəcək. “Yeni il” bayramı münasibətilə Azərbaycandan Gürcüstana gedən turistlərin sayının çoxluğunu nəzərə alaraq, dekabrın 29-da Bakıdan Tiflisə xüsusi “turist qatarı” da çıxacaq. Eyni zamanda, 2015-cü il yanvarın 2-də Tiflisdən Bakı istiqamətinə 2 qatar hərəkət edəcək. Bu da sərnişinlərin bu istiqamətdə gediş-gəlişinə olan tələbatı tam ödəyəcək”.

Q.Nəzərov qeyd edib ki, paralel olaraq həm şimal, yəni Rusiya və Ukrayna istiqamətində, eyni zamanda ölkənin cənub və qərb istiqamətlərində hərəkət edən bütün sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq. Qatarların hərəkət cədvəlində isə heç bir dəyişiklik olmayacaq. Bundan əlavə, bütün istiqamətlərdə hərəkət edən qatarlarda, o cümlədən stansiyada təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2347997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR